Rusiyanın Kursk vilayətinə yerləşdirilmiş Şimali Koreyadan gətirilən hərbçilərlə rus əsgərləri arasaında narazılıq yaranıb. Tribunainfo.az xəbər verir ki, buna səbəb koreyalı əsgərlərə yemək çatmaması olub.
Belə ki, Kurskdakı rusiyanın 811-ci briqadasının tərkibinə verilmiş Şimali Koreyadan olan hərbçilər istədikləri qədər yemək yeyə bilmirmişlər. Rus əsgərləri onların ərzaqlarının bir qismini əlindən alırmış. Hətta bununla bağlı tərəflər arasında dava düşdüyü də deyilir.
Vəziyyəti nizamlamaq və davanın qarşısını almaq üçün Rusiya Müdafiə Nazirliyi dünən təcili olaraq bölgəyə Leninqrad Hərbi Dairəsinin resurs təminatı üzrə komandir müavini, general-mayor Mevlyutovu göndərib. Malyutov gələn kimi, koreyalılara nəzərədə tutulan qədər yeməyin verilməsini tələb edib.