Ukrayna danışıqlar mövqelərini gücləndirmək üçün Kursk vilayətində hücuma keçib.
Tribunainfo.az Hraparak-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
Onun sözlərinə görə, danışıqlara Rusiyanın əraziləri, insanları və texnikasını itirməsi müsbət təsir edəcək və Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisinin dərinliklərinə doğru irəliləməsi rusları qorxudacaq və onlara münasibətini pisləşdirəcək.
“Onlar qorxudan başqa bir şeyə reaksiya verirlər? Xeyr, biz bunu nəhayət dərk etməliyik. Rusiya Federasiyası istənilən güzəşti zəiflik və onun qarşısında diz çökməyə hazır olmaq kimi qəbul edəcək. Danışıqlar masasına oturub nəyisə sıxa bilsələr, nə isə əldə edə bilsələr, yalnız müharibənin onların ssenarisi üzrə getmədiyini başa düşəcəklər”, – Podolyak bildirib.