Ruslara qarşı əks-hücum əmri verildi

Ruslara qarşı əks-hücum əmri verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrin keçmiş Ali Baş Komandanı Aleksandr Sırski ordunun yeni əks-hücumunu planını elan edib. Tribunainfo.az xəbər verir ki, o, “düşməni dayandırmalıyıq” göstərişi ilə çıxış edib.
“Unian” Agentliyi bildirir ki, bu hücumlar kiçik həmlə qrupları şəklində olmayacaq. “Sırski daha böyük qüvvə ilə ruslara qarşı əks hücuma keçməyin planını hazırlayıb. Müdafiədə durmaqla və kiçik hərbi qüvvələrlə hücumların isə effektiv olmayacağını qeyd edib”.
Lakin Ukrayna ordusunun hərbçisi Yevgeni İevlev hesab edir ki, indiki qüvvə ilə hücum effekt verməyə bilər. Onun sözlərinə görə, Ukrayna ordusunun əks hücuma keçməsi üçün iki milyona qədər insanı səfərbər etmək lazımdır.