Ruslar Zəngəzuru qəbul etmirlər – İranlı səfirbackend

Ruslar Zəngəzuru qəbul etmirlər – İranlı səfir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi ruslar tərəfindən qəbul edilmir. Rusiyanın bəyanatında heç bir yerdə Zəngəzur dəhlizinin adı çəkilmir. Kreml rəsmiləri də dəfələrlə bəyan ediblər ki, onlar bu dəhliz məsələsi barədə danışmayıblar”. Tribunainfo.az xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali “Tasnim” Agentliyinə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan sazişin yekun mətninə hələ çatmayıb. “Bundan əlavə, ruslar 2020-ci ilin noyabr ayından blokadanı aradan qaldırmalı idilər və müzakirə keçmişdə mövcud olan və 40 kilometr uzunluğunda bərpası nəzərdə tutulan birtərəfli dəmir yolu xətti ilə bağlı idi. Bununla da Ermənistan Rusiyaya, Azərbaycan isə Naxçıvana bağlanmaq istəyirdi”.
Cəlali deyib ki, bu xətt hazırda Ermənistanın mülkiyyəti və nəzarəti altındadır. “Lakin azərbaycanlılar deyirlər ki, onlar erməniləri görmək istəmirlər və ruslar vasitəçilik etməyi təklif ediblər. Təbii ki, bəziləri bizim yanaşmamızı sadə hesab edə bilər və demək lazımdır ki, biz gələcəkdə bu dəmir yolu xəttinin genişləndirilməsi ilə bağlı ruslarla danışmışıq”.