backend

RUSLAR TÜRKİYƏ BARƏDƏ NƏ DÜŞÜNÜR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada aparılan yeni bir ictimai rəy araşdırması zamanı Türkiyə ilə münasibətlərə baxışın cəmiyyət nəzərində sürətli “normallaşma” göstərdiyinə işarə olunub. 

Rusiyada aparılan yeni bir ictimai rəy araşdırması zamanı Türkiyə ilə münasibətlərə baxışın cəmiyyət nəzərində sürətli “normallaşma” göstərdiyinə işarə olunub.

 TİA.AZ “TürkRus”a istinadən xəbər verir ki, Türkiyə ilə bağlı duyğu və düşüncələri “mənfi” olanlar “müsbət” olanlardan hələ də çox olmasına baxmayaraq, müsbət baxış tədricən keçmiş günlərə dönmə meylindədir.

İkitərəfli münasibətlərin gərgin və düşmənçilik səviyyəsində olduğunu düşünənlərin nisbəti son bir ildə 70 %- dən 28%-ə düşüb. Keçən il əlaqələri  birbaşa “düşmənçilik”lə qiymətləndirənlər 23 % ikən, bu il bu nisbət 4 %-ə qədər düşüb. Münasibətləri “gərgin” sözü ilə xarakterizə edənlər yüzdə 47 %-dən 24 %-ə enib.

 Türkiyəyə münasibətdəki bu “sürətli yaxşılaşma” hələ Rusiya xalqının gözündə “dostluq” qiymətləndirmələri üçün tez görünür.  Münasibətləri “mehriban qonşuluq” kimi qiymətləndirənlər 8 %, “dostluq” kimi görənlər 6 %, “olduqca isti” deyə qəbul edənlər isə 5 % olub.

İlahə