Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi (VSİOM) MDB dövlətlərindən hansının uğurlu ölkə olduğunu və bu ölkələrdən hansının Rusiyanın tərəfdaşı olması ilə bağlı ruslar arasında sorğu keçirib. Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi (VSİOM) MDB dövlətlərindən hansının uğurlu ölkə olduğunu və bu ölkələrdən hansının Rusiyanın tərəfdaşı olması ilə bağlı ruslar arasında sorğu keçirib.
TİA.AZ AzVision.az-a istinadən xəbər verir ki, sorğuda iştirak edən şəxslərin 65 faizi MDB-yə üzv olan dövlətlərin liderləri arasında Belarus prezidenti Aleksandr Lukaşenkoya daha çox etimad göstərib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev reytinqin ikinci pilləsində qərarlaşıb. Bu ölkələrin liderlərinə insanların inamı sabit şəkildə artıb.
Rusiyada rəyi soruşulanların digər dövlət başçılarına 2% -dən 11% -ə qədər etimad göstərirlər. Siyahıda Azərbaycan prezidenti İlham Əliyev Ermənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ukrayna, Moldova prezidentlərindən öndə yer alıb.
İlham Əliyev – 11%
Serj Sarkisyan – 8 %
Şavkat Mirziyoyev – 6%
Almazbek Atambayev və İqor Dodon – 5%
Qurbanqulu Berdiməhəmmədov və Emoməli Rəhmon – 4%
Georgi Marqvelaşvili – 3%
Petru Poroşenko – 2%.
Sorğu iştirakçılarının 66% -i Belarusu dünya arenasında Rusiyanın əsas tərəfdaş hesab edir. Bundan başqa sorğu iştirakçılarının 68%-i bəyan edib ki, Belarus MDB-nin ən sabit və uğurlu ölkəsidir və orada rusdilli əhalinin hüquqları təmin olunur.