RUSLAR QARABAĞA MİNA AXTARAN TABOR GƏTİRİB

RUSLAR QARABAĞA MİNA AXTARAN TABOR GƏTİRİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son bir sutka ərzində Qarabağdakı sülhməramlıların təhcizatı məqsədi ilə Rusiyadan 22 təyyarə reysi edilib. TİA.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafi Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, həmin reysləri İl-76 və AN-124 təyyarləri həyata keçiriblər. Və onlar Qarabağa 64 ədəd avtomobil və xüsusi texnika gətiriblər. “Onların arasında yük avtomobilləri, avtosisternlər, ekskavatorlar və maddi-texniki təhcizat üçün digər texnikalar var”.
TİA.AZ xəbər verir ki, ruslar Qarabağa həmçinin minəaxtaran tabor da gətiriblər. Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, artıq dünəndən ilk qrup bölgəyə gətirilib. “Minaaxtaranlar mühəndis kəşfiyyatı, minalanmış ərazilərin təmizlənməsi, habelə daşına və evekuasiya, suların təmizlənməsi və digər mühəndis təminatları ilə məşğul olacaqlar. Partlayıcı maddələrin axtarışında isə minaaxtaranlara xüsusi təlim görmüş itlər yardımçı olacaqlar”.