Ruslar müdafiə xəttini yardı, general TƏCİLİ Donbasa getdi

Ruslar müdafiə xəttini yardı, general TƏCİLİ Donbasa getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrin baş komandanı, general Aleksandr Sırski cəbhə xəttində (Donbas) olub.

Tribunainfo.az xəbər verir ki, general səfərindən sonra cəbhədəki durumdan danışıb.

Sırskinin sözlərinə görə, ruslar cəbhə xəttinin bir çox, xüsusən də Avdiv və Zaporoje istiqamətlərində aktiv hücum əməliyyatlarını davam etdirirlər.

General qeyd edib ki, Rusiya ordusunun hücum bölmələri Ukrayna qoşunlarının müdafiəsini yarıb Tonenke, Orlivka, Semenivka, Berdıçi və Krasnoqorivka yaşayış məntəqələrini ələ keçirməyə çalışırlar.

“Düşmənin nəzarəti bərpa etməyə çalışdığı Verbovoy və Rabotində (Zaporoje) şiddətli döyüşlər gedir”, – general vurğulayıb.