Ruslar minlərlə uşağı Belqorod vilayətindən evakuasiya edir

Ruslar minlərlə uşağı Belqorod vilayətindən evakuasiya edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Federasiyasının Belqorod vilayətinin səlahiyyətliləri ərazinin vaxtaşırı atəşə tutulması səbəbindən 9 min uşağı bölgədən çıxarmaq qərarına gəlib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkova istinadən məlumat yayıb.
Qladkov bildirib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğuna görə Belqorod vilayətindən 9 minə yaxın uşağın Rusiyanın digər bölgələrinə aparılması barədə qərar verilib.
“Bu gün biz çox sayda kəndi köçürürük, indi biz Belqoroddan, Belqorodski rayonundan, Şebekinski rayonundan, Qrayvoronski rayonundan təxminən 9 min uşağı köçürməyi planlaşdırırıq… Ayın 22-də 1,2 min uşaq Penzaya, Tambova, Kaluqa və Stavropol diyarına gedir. Sistem qurulub”, Belqorod vilayətinin qubernatoru bildirib.
Xatırladaq ki, 12 mart 2024-cü il tarixindən etibarən Rusiya Federasiyasının Belqorod və Kursk vilayətlərinin sərhəd bölgələrində Ukrayna tərəfində vuruşan rus könüllüləri – “Rusiya azadlığı” legionu, Rus könüllülər korpusu (RKK) və Sibir taboru ilə Rusiya hərbçiləri arasında döyüşlər gedir.
Martın 13-də rusiyalı könüllülər birgə bəyanat dərc edərək, Belqorod və Kurskda Rusiya hərbçilərinin mövqelərinə hücumlar elan edib və yerli sakinləri təxliyə etməyə çağırıblar.
Daha sonra RKK Kursk və Bryansk vilayətlərinin evakuasiya etməyə vaxtı olmayan və ya imkanı olmayan bütün sakinlərini dərhal sığınacaqlara getməyə çağırıb.