Ruslar Kurskda əks-hücuma başladıbackend

Ruslar Kurskda əks-hücuma başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Kursk vilayətində əks-hücum əməliyyatına başlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Ukrayna indiyə qədər Kursk vilayətinin 1200 kv.km ərazisinə nəzarət edir. Bu hadisənin Ukrayna ordusunda ciddi ruh yüksəkliyi yaratdığını qeyd edən nəşr vurğulayır ki, buna baxmayaraq, Ukrayna Moskvanı qüvvələrini şərqdən yayındırmağa nail ola bilməyib.
Analitiklərin fikrincə, işğalın ümumi uğuru indi Ukraynanın ərazini saxlayaraq, ola bilsin ki, aylar ərzində verəcəyi itkilərdən asılı olacaq. “Və bu itkilər rus qoşunlarının ukraynalıları geri itələmək üçün istifadə edəcəyi taktikadan asılı olacaq”.