Ukrayna ordusu Kursk vilayətinin daha bir iri şəhəri uğurunda döyüşlərə başlayıb. Tribunainfo.az xəbər verir ki, söhbət juravl şəhərindən gedir.
“Ukrinform” saytının yaydığı xəbərə görə, Rusiyanın əsas strateji yollarının keçdiyi Juravl şəhərinin şərq hissəsi bütünlüklə Ukrayna ordusunun nəzarəti altına keçib. “Hazırda Juravl şəhəri uğrunda şiddətli döyüşlər gedir.
Ukrayna ən azı şəhərin bir hissəsinə və bəlkə də ətrafına nəzarət edir”.
Bundan başqa, Ukrayna ordusu Kursk vilayətinin daha bir böyük şəhərini ələ keçirməyə yaxındır. Belə ki, Kiyev hərbçiləri Ulanokun şimal-qərbində hücumlara başlayıblar. “Bu, o deməkdir ki, Ukrayna ordusu son vaxtlar ərazidə xeyli irəliləyib”.
“UNİAN” saytı isə peyk məlumatlarına istinad edərək yazıb ki, Kurskun daha bir şəhəri Ukrayna ordusuna təslim olmaq mərhələsindədir. Bu dəfə Kamışin şəhəri hədəf götürülüb və orada şiddətli döyüşlərin getdiyi, rus ordusunun bəzi bölmələrinin geri çəkildiyi müşahidə olunur.