Ruslar Kurskda 38 min əsgər itirib

Ruslar Kurskda 38 min əsgər itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelinski Rusiyanın Kursk vilayətində keçirilən hərbi əməliyyatlar barədə danışıb. Tribunainfo.az xəbər verir ki, o, rusların Kurskda ciddi itkilər verdiyini qeyd edib.

Zelinski bildirib ki, təkcə, Kurskda Rusiya ordusu 38 mindən çox əsgərini itirib. Onun 15 min nəfəri öldürülüb. Yerdə qalanlar isə yaralılardan ibarətdir.

Ukrayna prezidenti bu itkinin yalnız bir istiqamətdə olduğunu vurğulayıb. Digər istiqamətlərdəki itkilərin isə hesablandığını söyləyib.