Xəbər verdiyimiz kimi, 1 yanvar 2025-ci ildən etibarən Ermənistan İran və Türkiyə ilə sərhədlərini özü qoruyacaq. Tribunainfo.az xəbər verir ki, Moskvada əldə olunmuş razılaşmaya əsasən Ermənistan MTX-nin Sərhəd Xidməti rusları əvəz edəcək.
Politoloq Akop Badalyan isə hesab edir ki, Ermənistanın belə böyük sərhəddi qoruması üçün əsgər resursu çatmayacaq. “Biz bu gün Azərbaycanla sərhəddimizi doğru-düzgün qoruya bilmirik. Əsgər çatışmazlığımız var. İran və Türkiyə kimi iri sərhəddi necə qoruyacağımız sual altındadır”.
Erməni ekspert bu məsələnin başqa bir tərəfi barədə də danışıb. O hesab edir ki, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini özü qorumaq cəhdləri, formaca Ermənistan-Rusiya müqaviləsidir. “Lakin siyasi və geosiyasi məzmun baxımından Rusiya-İran müqaviləsidir. Yəni, keçid məntəqəsində Rusiya Ermənistanla İranın arasından çıxır”.