Ruslar ində də Afrikada jurnalistlərin qətlini araşdıranları təhdid edirlər

Ruslar ində də Afrikada jurnalistlərin qətlini araşdıranları təhdid edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabr ayının sonlarında müstəqil jurnalist Lui Kottoy Banqidəki (Mərkəzi Afrika Respublikasının paytaxtı) evindən çıxdığı zaman tapançalarla silahlanmıış 3 şəxs onu döyüb, telefonunu, habelə noutbukunu əlindən alıblar.

ABŞ-ın “The Daily Beast” qəzetinin müxbiri Filip Obacinin yazdığına görə, Lui Kottoy MAR-da 3 rusiyalı jurnalistin qətlini və bunun ölkədə faəliyyət göstərən Rusiyanın “Vaqner qrupu” ilə bağlantılarını araşdırırmış.

“The Daily Beast” Lui Kottoya hücumdan iki həftə öncə “Pussy Riot” anti-Kreml etiraz qrupunun üzvü Pyotr Verzilov zəhərlənib. Verzilov MAR-ın Sibyu şəhərində həmin qətl hadisəsi ilə bağlı müəyyən nəticələr əldə edibmiş.

“Valdimir Putinin “düşmən”, “satqın” adlandırdığı rusiyalıların taleyi göz önünə alındıqda (bunların içində hüquq müdafiəçiləri, jurnalistlər, korrupsiya araşdırmaçıları, Rusiyanın keçmiş kəşfiyyatçıları da var) Verzilovun zəhərlənmə hadisəsinin hardan gəldiyini təxmin etmək çətin deyil”, – sayt iddia edib.

Картинки по запросу верзилов отравление

Pyotr Verzilov

Yazıda MAR prezidnenti Fosten-Arkanj Tuaderin milli təhlükəsizlik üzrə müşavirinin Valeri Zaxarov adlı bir şəxs olduğu, onun icazəsi olmadan prezidentin hər hansı qərar qəbul etmədiyi vurğulanır.

Sibyu şəhərinin özündə isə rus təlimatçılar tərəfindən təlim keçən hərbçilər (daha çox FACA adıyla bilinir) yerli əhalini sözün əsl mənasında terrorizə edərək jurnalistlərin qətli barədə danışmamağı tapşırırlar.

“Bununla bağlı göstəriş, prezidentin iki ölkəyə çalışan müşaviri tərəfindən verilib. Mərkəzi Afrika Respublikasında hər kəs həmin adamın formal olaraq Tuaderə, həqiqi mənada isə Moskvaya tabe olduğunu hər kəs bilir”, – Lui Kottoy yazıbmış.

“Hazırda Tuaderin mühafizəsində ən az 40 rusiyalı cangüdən qulluq edir. “Vaqner”in muzdluları bu qarət edilən ölkənin hər yanına səpələnib. MAR polisi isə qətllə bağlı bütün təhqiqatı dayandırıb”, – kamerunlu jurnalist və hüquq müdafiəçisi Qloria Tiku sayta bildirib.