Yeni rus texnikası daha az zirehlidir və palçıqda hərəkət etməyə daha az uyğunlaşdırılıb. Tribunainfo.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumatda deyilir ki, hərbi texnikada fəlakətli itkilərə görə Kursk vilayətindəki rus qoşunları yalnız konveyerdən zirehli tank və BMP-lərdən yeni yük maşınlarına keçməyə məcbur olub.
“Forbes”in analitiki Devid Aksin yazıb ki, təxmini hesablamalara görə, avqustun 6-dan noyabrın 26-dək ruslar Kurskda 364 ağır texnikanı – əsasən tanklar, BMP və yük maşınlarını itiriblər. “Lakin bu itkilər yalnız “şou öncəsi isinmə” ola bilər. Çünki ruslar Kurskda itirilən yüzlərlə maşını yeni, daha az zirehli maşınlarla əvəz etməyə çalışırlar”.
Aksin onu da deyib ki, köhnə avtomobillərin ehtiyatları tükənmək üzrədir və xarici sanksiyalar yeni istehsala mənfi təsir göstərir.