RUSLAR HƏR GÜN XANKƏNDİYƏ YÜK DAŞIYIR, QONDARMA REJİM İSƏ “BLOKADA”YA GÖRƏ “ACLIQDIR” DEYİRbackend

RUSLAR HƏR GÜN XANKƏNDİYƏ YÜK DAŞIYIR, QONDARMA REJİM İSƏ “BLOKADA”YA GÖRƏ “ACLIQDIR” DEYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma rejim Laçın yolunda blokada bəhanəsi gətirərək “ümumi daxili məhsulun artım tempi”nin azaldığını açıqlayıb.

Tribunainfo.az yazır ki, saxta qurumun “Milli Statistika Xidmətinin sədri” Manuş Minasyan bu ilin yanvar-mart ayları üçün nəticələrini açıqlayıb.
Onun sözlərinə görə, 2023-cü ilin yanvar-mart aylarında ümumi daxili məhsulun artım tempi əvvəlki ilə nisbətən 67,9 faiz, iqtisadiyyatda real ifadədə azalma 32,1 faiz təşkil edib:
“166 gündür davam edən blokada təbii olaraq iqtisadiyyata təsir edib. Hesablamalarımıza görə, 2023-cü ilin yanvar-mart aylarında istehsal olunmuş ümumi daxili məhsul 37 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründəki 52 milyard 900 milyon dram ilə müqayisədə 180 milyon dram.
Ötən illə müqayisədə bizdə iqtisadiyyatda təxminən üçdə bir azalma var. Enişin ən böyük payı sənayedə 15,6 faiz, tikintidə 7,4 faiz, ticarət və xidmət sahələrində 5,4 faiz, kənd təsərrüfatında 1,2 faiz, məhsula görə vergilərdə 3,5 faiz təşkil edib”, – deyə təqdim edib.
Qeyd edək ki, Prezident Moskva görüşündə də Paşinyana Laçın yolunda blokada olmadığını bildirdi. Yol açıqdır, hər gün humanitar yüklər daşınır, sülhməramlılar tonlarla ərzaq Xankəndi və ətraf zonalara aparırlar. Ona görə oyuncaq rejimin nümayəndəsi yalan danışmaqla, saxta rəqəmlər açıqlamaqla beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə cəlb etməyə çalışır. Guya regionda əhali iqtisadi böhranla üzləşib.