Ruslar “göz”süz qaldı: “Murom-P” kompleksi belə vuruldu – VİDEObackend

Ruslar “göz”süz qaldı: “Murom-P” kompleksi belə vuruldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiya ilə sərhədi yaxınlığında işləyən hava kəşfiyyatçıları işğalçılar tərəfindən maskalanmış “Murom-P” avtonom mobil videomüşahidə sistemini aşkar edərək FPV pilotsuz uçuş aparatı ilə məhv ediblər.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bu kompleksin qiymətinin təxminən 50 min dollar olduğu qeyd edilir. “Murom” optikası kamera ilə 10 km-ə qədər, teplovizorlaə isə 4 km-ə qədər məsafədə olan insanı aşkar etməyə qadirdir.
“Ərazidə kəşfiyyat zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin operatorları rus işğalçılarının getdiyi avtomobili də izləyərək yandırıblar”, – Ukrayna kəşfiyyatı bildirib.