Ruslar gəmilərini Qara dənizin dərinliklərini çəkdilər: PUA-lar göz açmağa imkan vermir

Ruslar gəmilərini Qara dənizin dərinliklərini çəkdilər: PUA-lar göz açmağa imkan vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hərbi Dəniz Qüvvələri yeni təhciz olundğu PUA-lar vasitəsi ilə
Rusiyanın Qara dənizdəki donanmasının kabusuna çevrilib. Tribunainfo.az
xəbər verir ki, “Magura V5” PUA-ları qısa müddətdə ruslara bir xeyli ziyan
vurub.
Belə ki, həmin PUA-lar son bir ayda Rusiyaya məxsus iki helikopteri
vuraraq, dənizə salıb. Bundan başqa, Qara dəniz sahillərində hərəkət edən
desant kater və gəmilərini hədəf alaraq, onları sıradan çıxarıb. Həmçinin
Xersonda rusların “Pantsir-S1” raket qurğusu da həmin PUA-lar vasitəsi ilə
sıradan çıxarılıb.
Amma Ukrayna PUA-ları bununla kifayətlənməyib. Onlar Qara dənizin
dərinliklərində gizlənmiş Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün də
başağırısına çevriliblər. Bu səbəbdən də dünəndən etibarən Rusiya
komandanlığı öz gəmilərini dənizin daha təhlükəsiz ərazilərinə geri
çəkilməsi barədə göstəriş verib.