Yunanıstan Ermənistana S-300 raketləri və İsrail istehsalı olan bir neçə havadan müdafiə sistemi vermək istəyir. Tribunainfo.az xəbər verir ki, buunla bağlı hələ bir neçə gün əvvəl İrəvanda iki ölkənin müdafiə nazirlərinin görüşündə müzakirələr aparılıb.
“İravunk” qəzet bununla bağlı yazır ki, Yunanıstan heç də öz təşəbbüsü ilə bu addımı atmır. “Afinanı bu addımı atmağa vadar edən Fransadır. Bu gün Parislə Afina arasında münasibətlər ən üst səviyyədədir. Yunanıstanın təhlükəsizlik məsələsini fransızlar öz üzərlərinə götürüblər”.
Erməni nəşri yazır ki, Rusiya bu alış-verişə qarşı çıxır. “Rusiyanın bu yanaşması müttəfiqlikdən daha çox, düşmənçiliyə bənzəyir. Çünki normalda Moskva həmin silahların Ermənistana verilməsinə razı olmalıydı. Lakin görünən odur ki, Rusiya Ermənistanın kağız üzərində müttəfiqidir”.