Rusiya işğalçı qüvvələri Donetsk vilayətinin Pokrovski rayonunun Novovasilivka qəsəbəsini ələ keçirib. Tribunainfo.az xəbər verir ki, bu barədə DeepState layihəsi məlumat yayıb.
Həmin məlumatda deyilir ki, rus işğalçıları Donetsk vilayətinin Velika Novosilka və Novoandriivka cəbhəsində də irəliləyiblər. “Düşmən Novovasilivkanı işğal edib, həmçinin Velyka Novosilka, Novoandriivka, Çasovoy Yar, Yantarnı, Petropavlivka, Yasenovo, Kotlını, Vozdvijenka və Baranivkada irəliləyib”.
Tribunainfo.az xəbər verir ki, ruslar Donetsk vilayətinin Çasovoy Yarı şəhərini ələ keçirmək üçün də hücumları intensivləşdiriblər. Bunun üçün bölgəyə çoxlu sayda hərbi qüvvə göndərilib. Onların arasında Rusiyanın 98-ci Hava Desant Diviziyasına müxtəlif bölmələr, həmçinin “Axmat” və “Rusiç” dəstələri də var.