Latviya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə qoyulan məhdudiyyətləri daha bir il müddətinə uzadıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Nazirlər Kabineti Rusiya Federasiyası vətəndaşlarının Latviyaya girişinə qoyulan məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edib”, – departamentin saytında yerləşdirilən mətndə deyilir.
Orada qeyd edilir ki, ruslar turizm və istirahət məqsədilə respublika ərazisinə daxil ola bilməyəcəklər.
19 sentyabr 2022-ci il tarixində Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) və Polşa rusların turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün Şengen zonasına girişinə qadağa qoyublar.