Ruslar bu gecə Ukraynaya 6 “Kinjal”, 9 “Kalibr”, 3 S-400 atdı – Hamısı məhv edildibackend

Ruslar bu gecə Ukraynaya 6 “Kinjal”, 9 “Kalibr”, 3 S-400 atdı – Hamısı məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya qoşunları bu gecə Ukraynaya müxtəlif tipli 18 raketlə hücum edib, o cümlədən “Kinjal”larla. Düşmənin bütün hədəfləri məhv edilib.
Bu barədə Tribunainfo.az Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnının Telegram kanalına istinadən xəbər verir.
“2023-cü il mayın 16-da saat 03:30-də rusiyalı işğalçılar hava, dəniz və qurudan müxtəlif tipli 18 raketlə şimal, cənub və şərq istiqamətlərindən Ukraynaya hücum ediblər”, – Zalujnı yazıb.
Onun sözlərinə görə, düşmən altı MiQ-31K təyyarəsindən altı ədəd X-47M2 “Kinjal” aeroballistik raketi, Qara dənizdəki gəmilərdən doqquz “Kalibr” qanadlı raketi və üç yerüstü raketdən (S-400, İskəndər-M ) atəş açıb.
“18 raketin hamısı Ukrayna Silahlı qüvvələrinin Hərbi hava qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, – Zalujnı bildirib.
O, əlavə edib ki, bundan əlavə, mayın 16-na keçən gecə düşmən “Şahed” zərbə pilotsuz uçuş aparatları ilə hücuma keçib, həmçinin üç operativ-taktiki pilotsuz uçuş aparatı – “Orlan-10” və “SuperCam” ilə hava kəşfiyyatı aparıb.

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink gecə saatlarında Rusiyanın Kiyevə yeni raket hücumuna reaksiya verib.
O, bu barədə Twitter-də yazıb.
Güclü partlayışlardan sonra Brink gördüyü işlərə görə Ukrayna hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib.
“Ukrayna hava hücumundan müdafiə sisteminin güclü işinə görə minnətdaram”, – səfir yazıb.
Xatırladaq ki, bu gecə Kiyevdə silsilə güclü partlayış səsləri eşidilib. Məlum olub ki, Rusiya çox qısa müddət ərzində maksimum sayda raket ataraq Ukrayna paytaxtına kütləvi hücum edib.