“Rusiya nüvə təhdidini sərtləşdirir və ritorikası getdikcə güclənir, lakin bu silaha əl atacağını gözləmirəm. Çünki müharibənin gedişini dəyişə və özünə qarşı ağır nəticələr verəcək cavablar ala bilər. Məncə, hələlik hədələyir və göz qorxudur. Ona görə ki Avropanın canından ikinci dünya müharibəsinin qorxusu çıxmayıb”.
Bu sözləri Tribunainfo.az-a siyasi analitik Ramiyə Məmmədova bildirib. Onun fikrincə, Rusiya davamlı olaraq hədyanlar səsləndirir, lakin heç nə etmir: “Onsuz da onun əraziləri vurulur. Bəs, deyirdi ki, ərazilərimə təhdid olarsa, nüvə silahına əl atacam? Hər gün bir şəhərinə dron zərbəsi endirilir. İkincisi, fransalı təlimatçıları rus ordusunun qanuni hədəfi adlandırıblar. Amma vurmurlar. Yaxşı bilirlər ki, Ukraynada minlərlə könüllü döyüşür və Legion yaradılıb. Yəni NATO dolayısı ilə döyüş meydanındadır, amma ruslar yenə heç nə edə bilmirlər. Artıq Zelenski də elan etdi, Xarkov cəbhəsində stabillik yaradılıb. Faktiki olaraq, 3 ilə yaxındır ki, rus ordusu Donetsk və Luqanskda tankları o başa sürür, bu başa sürür… ”
Roman