“Azəriqaz” İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevə Azərenerji ASC-də yeni vəzifə verilib.
Tribunainfo.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev əmr imzalayıb.
Əmrə əsasən, Ruslan Əliyev Azərenerji ASC-nin departament direktoru təyin edilib.
Xatırladaq ki, Ruslan Əliyev ötən ay “Azəriqaz”ın baş direktoru vəzifəsindən azad edilmişdi.