Rusiyaya qarşı sanksiyalara üzündən “Boeing”də bir təyyarə detalı çatışmır

Rusiyaya qarşı sanksiyalara üzündən “Boeing”də bir təyyarə detalı çatışmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən Boeing şirkəti 787 Dreamliner sərnişin təyyarəsinin istehsalında çətinliklərlə üzləşib. İstehsalçı hissələrdən birini əskik edir.
 Tribunainfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Söhbət Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan əvvəl HS-Nauka ASC və RTX Collins Aerospace arasında birgə müəssisənin bir hissəsi kimi Rusiya zavodunda istehsal edilmiş istilik dəyişdiricilərindən gedir. Müharibə başlayandan sonra istehsal ABŞ və Böyük Britaniyaya verilib.
Əvvəlcə zavodlar bütün yeni Boeing təyyarələri üçün ehtiyat hissələri təmin edə bilirdi. Lakin şirkət 787 təyyarənin istehsalını artırmaq qərarına gəldiyindən ehtiyat hissələri tədarükçüsü iş yükünün öhdəsindən gələ bilmir. Bununla əlaqədar olaraq, Boeing artıq investorlara xəbərdarlıq edib ki, bu il planlaşdırılandan daha az təyyarə istehsal edib təhvil verəcək.

Keçən həftə American Airlines Boeing 787 Dreamliner tədarüklərindəki gecikmələrə görə bəzi marşrutlarda xidməti dayandıracağını və mövsümi uçuşları planlaşdırılandan tez bitirəcəyini açıqlamışdı.
Bu təyyarə modelinin istehsalı da sərnişin oturacaqlarının təchizatı ilə bağlı problemlər ucbatından ləngiyir. Bunlar öz növbəsində material çatışmazlığı və sertifikatlaşdırmada gecikmələrlə bağlıdır.
Qəzet xatırladır ki, 2020-ci ildə 787 təyyarənin tədarükü müxtəlif problemlərə görə iki ilə yaxın dayandırılıb. 2022-ci ilin ilk yeddi ayında Boeing bir dənə də təyyarə təhvil verməyib. WSJ-nin istinad etdiyi AIR tədqiqat şirkətinin məlumatına görə, istehsalçı 2022-ci ildə 19, 2023-cü ildə isə 28 təyyarə tədarük edib.
Mart ayında “Boeing” aviaşirkəti təyyarələrin təhlükəsizliyi ilə bağlı problemlərə görə idarəetmədə dəyişiklikləri açıqlayıb. Boeing-in baş direktoru Dave Kalhoun 2024-cü ilin sonunda təqaüdə çıxacaq. Ticarət təyyarələri istehsal edən törəmə şirkət olan Boeing Commercial Airplanes-in rəhbəri Sten Deal artıq şirkətdən ayrılıb.