Avropa Komissiyası (AK) oktyabrın 23-24-də keçiriləcək Avropaa İttifaqı (Aİ) sammitində 19-cu anti-Rusiya sanksiyalar paketini qəbul etməyi planlaşdırır.
Tribunainfo.az xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Nazirliyinin rəhbəri Kaya Kallas Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirlərinin Toplantısına gələrkən bildirib.
O, həmçinin ölkələr arasında fikir ayrılıqları ilə əlaqədar sammitdən əvvəl sanksiyaların təsdiqinin mümkün olmadığına dair mənbələrin əvvəlki açıqlamalarını təsdiq edib.
Kallas eyni zamanda bildirib ki, Aİ nazirləri Rusiya neftini daşıdığı iddia edilən tankerlərlə mübarizə planlarını ayrıca müzakirə edəcəklər.