Rusiyaya PUA hücumu: hərbi hissə vuruldu, aeroportun işi iflic oldu

Rusiyaya PUA hücumu: hərbi hissə vuruldu, aeroportun işi iflic oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gecə PUA-larla Moskva vilayətinə hücum edilib. Hərbi hissəyə zərbələr endirilib, Vnukovo hava limanının işi iflic olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Baza” Teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, iyulun 4-nə keçən gecə Moskva Dairəvi yolundan bir neçə kilometr aralıda ən azı iki partlayış baş verib. Partlayışlar arasında bir neçə saniyə fərq olub. Bundan əvvəl Kaluqa vilayəti sakinləri təyyarə tipli iki dronun hərəkətini müşahidə ediblər.
Dronlardan biri Moskva yaxınlığındakı Kubinkada yerləşən hərbi hissəyə hücum edilib. İlkin məlumata görə, səhər saat 4 radələrində kamikadze PUA hərbi hissənin ərazisində yerləşən inzibati binaya hücum edib. Partlayış nəticəsində ölən və yaralanan olmayıb.
Dron hücumu Vnukovo hava limanının işinə də təsir göstərib. Belə ki, Şarm Əl-Şeyx, Dubay, Mahaçqala, Çelyabinsk və Novosibirskdən gələn reyslər başqa hava limanlarına yönləndirilib. Ankaradan gələn daha bir təyyarə isə 1 saatdan artıq Vnukovo hava limanı yaxınlığında dövr etməyə məcbur olub.