Rusiya Federasiyasının Dövlət Dumasına əmək miqrantlarının Rusiyada ailələri ilə birləşməsini qadağan edən qanun layihəsi daxil olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, liberal demokrat fraksiyasının lideri Leonid Slutskinin rəhbərlik etdiyi bir qrup LDPR deputatı tərəfindən hazırlanan qanun layihəsi əmək lisenziyası (patent-red ) olan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyi qadağan edir.
“Əmək miqrantlarının ailələri onlarıa vətənlərində gözləməlidirlər. Onlar Rusiyaya gələndə işləyən əcnəbilərin qohumları kompakt anklavlarda yaşayır, öz dillərində danışır və yerli sakinlərə laqeyd yanaşırlar”, deyə Slutski vurğulayıb. Qeyd edək ki,Rusiya şirkətlərinin yüksək ixtisaslı xarici işçiləri üçün bu qanun istisna ediləcək.