Rusiyaya iş dalınca gedən miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaqbackend

Rusiyaya iş dalınca gedən miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya iş dalınca gələn miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaqlar.

Tribunainfo.az xəbər verir ki, RF Təhsil və Elm Nazirliyi əmək miqrantları üçün rus dili imtahanına şifahi hissə əlavə edilməsi təklifini dəstəkləyib.

Rusiyada təhsil və elm sahəsinə nəzarət üzrə Federal Xidmət “Rosobrnadzor” iş icazəsi və ya patent almaq üçün müraciət edən əcnəbilər üçün rus dili imtahanının şifahi hissəsinin tətbiqi təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, indiyə kimi iş icazəsi və ya patent almaq üçün əcnəbilər rus dilindən yazılı-test formasında imtahan veriblər.