Xarici vətəndaşlar tərəfindən Rusiyanın yol hərəkəti qaydalarının sistematik şəkildə pozulması, onların gələcəkdə ölkədə qalmasının arzuolunmazlığı barədə qərar qəbul etmək üçün əsas ola bilər.
Tribunainfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, əcnəbi vətəndaş üç il ərzində iki dəfə və ya daha çox dəfə, o cümlədən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilərsə, Rusiyaya giriş məhdudiyyəti ilə üzləşə bilər – müvafiq norma federal miqrasiya qanunvericiliyində təsbit edilib.
Məlumata görə, əcnəbilər müxtəlif yol hərəkəti qaydalarını pozduqlarına, o cümlədən texniki baxışdan keçmədən avtomobil idarə etməyə, piyadalara yol verməməyə, dövlət nömrə nişanlarının quraşdırılması qaydalarına əməl etmədiklərinə görə 3 il müddətinə ölkəyə giriş qadağası ilə üzləşəcəklər.