RUSİYASIZ ƏRZAQ SÖVDƏLƏŞMƏSİ MÜMKÜN DEYİL – SERGEY VERŞİNİN

RUSİYASIZ ƏRZAQ SÖVDƏLƏŞMƏSİ MÜMKÜN DEYİL – SERGEY VERŞİNİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna limanlarından taxıl və ərzaq daşınması təşəbbüsü Rusiyasız mümkün deyil”.

Tribunainfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Qara dəniz təşəbbüsünün qanuni tələblərimiz həyata keçirilmədən davam etdirilməsinin heç bir mənası yox idi və Rusiya prezidenti bunu açıq şəkildə bildirdi. Əgər onlar yerinə yetirilərsə, bəyanatlar və vədlər yox, nəticələr olarsa, o halda digərləri ilə yanaşı, “Qara dəniz təşəbbüsü”nün də bərpasını nəzərdən keçirə bilərik”, – deyə Verşinin Romada BMT-nin ərzaq sistemi ilə bağlı iclası çərçivəsində bildirib.

Xatırladaq ki, taxıl müqaviləsi iyulun 18-dən dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-yə onun uzadılmasının əleyhinə olduğunu bildirmişdi.