Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük səhər saatlarında Ağdamdan Xankəndiyə yola düşüb.
Tribunainfo.az yazır ki, ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Rusiya sülhməramlılarının postundan Əsgəran-Xankəndi istiqamətinə keçib. Yükün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndinə keçmək üçün sentyabrın 9-dan Bərdədə gözləyirdi.