Rusiyanın yalanı üzə çıxdı – VİDEObackend

Rusiyanın yalanı üzə çıxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində uzun müddət blokadada qalması və artilleriya hücumları nəticəsində kütləvi insan qırğının baş verməsi ilə dünya gündəmini zəbt edən Donetsk vilayətinin Mariupol şəhəri ilə bağlı yeni açıqlama yayılıb.

Donetsk vilayəti Hərbi Adminstrasiyasının rəhbəri Povel Krilenko Baku TV-nin Şərqi Avropa bürosuna açıqlamasında Rusiya Müdafiə Naziri Sergey Şoyqunun Mariupolu ələ keçirmələri ilə bağlı dediklərini təkzib edərək bildirib ki, şəhər düşmənə təslim edilməyib.

“Mariupol şəhəri bu il martın 1-dən tam blokadadadır. Buna baxmayaraq, şəhər Ukrayna silahlı qüvvələrinin nəzarətindədir. Mariupol Ukraynadır. Şəhərdə küçə döyüşləri gedir. Düşmənin nə deməsindən, necə saxta məlumat yaymasından asılı olmayaraq, Mariupol şəhəri düşmənə təslim edilməyib”, – deyə o qeyd edib.