Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Krivoy Roq şəhərini raket atəşinə tutub, ölənlərin sayı 4 nəfərə çatıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətini Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak “Telegram”da yazıb.
Onun sözlərinə əsasən, raket hücumu nəticəsində yaralanan qadın xəstəxanada dünyasını dəyişib. Şəhərin atəşə tutulması ilə ümumilikdə dörd nəfər ölüb, 43 nəfər yaralanıb, yaralıların arasında 12 uşaq var. Xəsarət alanların 20 nəfəri tibb müəssisələrinə yerləşdirilib, onların dördü böyük və ikisi uşaq olmaqla 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.