Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 261 840 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 414 tank, 8 579 zirehli maşın, 5 450 artilleriya sistemi, 733 RYAS (reaktiv yaylım atəşi sistemi), 500 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 387 operativ-taktiki PUA, 1 419 qanadlı raket, 18 gəmi/qayıq, 7 909 avtomobil və sistern, 820 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.