Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 243 220 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 174 tank, 8 131 zirehli maşın, 4 705 artilleriya sistemi, 698 reaktiv yaylım atəşi sistemi, 454 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3 977 PUA, 1 307 qanadlı raket, 18 gəmi/qayıq, 7 194 avtomobil texnikası və avtosistern, 703 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.