Rusiyanın Ukraynadakı itkilərinin sayı 200 mini ötdü – SİYAHIbackend

Rusiyanın Ukraynadakı itkilərinin sayı 200 mini ötdü – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 200 590 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 771 tank, 7 365 zirehli maşın, 3 166 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 318 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 748 PUA, 982 qanadlı raket, 18 gəmi/qayıq, 6 067 avtomobil texnikası və avtosistern, 417 xüsusi texnikadan ibarətdir.