Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur – Peskov

Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur.

TİA.AZ-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Sergey Skripalın zəhərlənməsinə Kremlin razılıq verməsi barədə suala cavab verən D.Peskov bununla bağlı rusiyalı rəsmilərin açıqlamalarını oxumağa çağırıb:

“Xarici işlər naziri Sergey Lavrovun, XİN-in nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına baxın. Biz artıq iki həftədən çoxdur ki, hadisənin əvvəlindən bəyan edirik ki, Rusiyanın bu işlə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, martın 4-də İngiltərənin Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal qızı ilə birgə kimyəvi hücum nəticəsində zəhərlənmişdi.