Rusiyanın regionları atəş altında: PUA-lar, ATACAMS-lar…backend

Rusiyanın regionları atəş altında: PUA-lar, ATACAMS-lar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 19-dan 20-nə keçən gecə Ukrayna tərəfi Rusiyanın sərhədyanı ərazilərinə total hücumlara başlayıb. Tribunainfo.az UNİAN Agentliyinə istinadən xəbər verir ki, Kiyev ordusu təkcə Bryansk vilayətində 8 ATACMS raketləri atıb.
Məlumatda deyilir ki, Rusiya tərəfi bu raketlərdən yalnız 2-ni vura bilib. Digər 6-sı isə lazım olan hədəflərə dəyib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, ATACAMS və PUA zərbələrindən sonra Oleksiivkada dağıntılar əmələ gəlib, bir neçə hərbi obyektdə yanğın başlayıb. Onlardan biri isə Rusiya aqrar-sənaye kompleksinin üç ən böyük şirkətindən biri olan EFKO şirkətinin fabrikinə vurulmasıdır. Ruslar ondan silah anbarı kimi istifadə edirmişlər.
Amma təkcə Belqorodda yox, eləcə də Voronej vilayətində də durum eynidir. Bölgənin qubernatoru Aleksandr Qusev bildirib ki, beşdən çox PUA Kamian rayonunda sənaye müəssisəsinə hücum edərək, sıradan çıxarıb.