Rusiyanın qadın hokkeyçiləri XXIII Qış Olimpiya Oyunlarında yarımfinala yüksəlib

Rusiyanın qadın hokkeyçiləri XXIII Qış Olimpiya Oyunlarında yarımfinala yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın qadın hokkeyçilərdən ibarət milli komandası Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, qonşu ölkə yığması 1/4 finalda İsveçrəni 6:2 hesabı ilə məğlub edib.

Rusiya millisi görüşün ilk dövrəsindən 1:0 hesablı üstünlüklə ayrılıb. İkinci dövrədə tərəflər hərəyə iki şayba vurublar – 2:2. Üçüncü dövrədə isə İsveçrə qapısında 4 cavabsız şayba görüb.

Rusiya millisi yarımfinalda Kanada ilə qarşılaşacaq. Oyun fevralın 19-da olacaq. Bu komandaların qrup mərhələsindəki görüşü Kanadanın qələbəsi ilə yekunlaşıb.