Rusiyanın neft emalı zavodlarına zərbələr qazın bahalaşmasına səbəb olub

Rusiyanın neft emalı zavodlarına zərbələr qazın bahalaşmasına səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropada təbii qazın qiymətləri dördüncü gündür ki, artıb. Bu, Friportdakı (ABŞ) LNG zavodundan tədarükün azalması və dronların Rusiyanın enerji infrastrukturuna zərbələri ilə bağlıdır.
Tribunainfo.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Niderlanddakı TTF qovşağında fyuçerslər 5,2% artaraq meqavat-saat üçün 28,5 avroya (min kubmetr üçün təxminən 320 dollar) çatıb. Qiymətlər ilin əvvəlindən bəri 30% azaldıqdan sonra yüksəlir, çünki treyderlər gələn qışdan əvvəl anbarların doldurulmasına təsir edəcək amillərə diqqət yetirirlər.
Artım faktorlarından biri Texasdakı Friport LNG ixrac zavodundan tədarükün azalmasıdır.
“Saxo Bank A/S”nin əmtəə strategiyasının rəhbəri Ole Slot Hansen bildirib ki, Ukraynanın Rusiya neftayırma zavodlarına hücumundan sonra “geosiyasi temperaturu” yüksəldən neft müqavilələri də qaz qiymətlərinin artmasına səbəb olur. Onun sözlərinə görə, Friportdakı vəziyyət və Ukraynanın “Rusiyanın enerji infrastrukturuna hücumları çox güman ki, əsas hərəkətverici qüvvələrdir”