Rusiya Ukrayna ilə müharibədə hər gün xeyli bahalı hərbi texnikasını itirir.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın 128-ci briqadasının döyüşçüləri Rusiyanın yeni “Palantin” kompleksini məhv edib
Qeyd edək ki, bu, Rusiya ordusunun bu yaxınlarda silahlanmaya qəbul etdiyi radioelektron mübarizə sisteminin ilk təsdiqlənmiş itkisidir.
Ukrayna əsgərlərinin yüksək dəqiqlikli atəşi bu ən yeni sistemi külə döndərib.
Bundan başqa Ukrayna ordusunun 72-ci briqadası Uqledar yaxınlığında Rusiyanın “Solntsepek” ağır artilleriya qurğusunu məhv edib.