Rusiyanın İrkutsk vilayətində yerləşən “Belaya” hərbi hava bazasına Ukrayna dronlarının hücumundan sonra ilk peyk görüntüləri internetdə yayılıb.
Tribunainfo.az xəbər verir ki, şəkillər hava bazasında ciddi zədələnmələrin olduğunu göstərir və Tu-95MS və Tu-22M3 bombardmançı təyyarələrinin vurulduğunu təsdiqləyir.
Peyk görüntüsünü 2 iyun gecəsi OSINT analitiki Kris Biggers X sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.
Şəkildə görünür ki, hücum nəticəsində ehtimal ki, 4 ədəd Tu-22M3 və 3 ədəd Tu-95MS məhv edilib, daha 1 ədəd Tu-95MS isə zədələnib.
“Yaxşı planlaşdırılmış əməliyyatın möhtəşəm uğuru”, – deyə analitik hadisəni şərh edib.