Rusiyanın mədəniyyət naziri elmlər doktoru dərəcəsindən məhrum edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurası Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin dissertasiyasına baxandan sonra onun doktorluq dərəcəsinin ləğv edilməsini məsləhət görüb.

 

Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurası Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinindissertasiyasına baxandan sonra onun doktorluq dərəcəsinin ləğv edilməsini məsləhət görüb.

TİA.AZ-ın məlumatına əsasən, bu barədə TASS AAK-nin mətbuat xidməti Valeriya Antonova xəbər verib.

“Amma burada son nöqtəni Attestasiya Komissiyasının rəyasət heyəti qoyacaq. Attestasiya Komissiyasının rəyasət heyəti RF mədəniyyət nazirinin alimlik dərəcəsinin ləğvi məsələsinə 20 oktyabrda baxacaq”, – deyə Antonova bildirib. 

Xatırladaq ki, 2016-cı ildə “Dissernet” cəmiyyətinin tarixçi alimi İvan Babitski Rusiyanın Təhsil və Elm Nazirliyinə müraciət edərək bildirib ki, Vladimir Medinskinin “XV-XVII əsrlərin ikinci yarısı Rusiya tarixinin işıqlandırılmasında obyektivlik problemləri” adlı dissertasiyası heç bir elmi dəyər kəsb etmir. O, mədəniyyət nazirinin doktorluq elmi dərəcəsindən məhrum edilməsini tələb edib.