Rusiyanın “Lukoil” şirkətinin neft emalı zavodu PUA hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın “Lukoil” şirkətinin neft emalı zavodu PUA hücumundan sonra fəaliyyətini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Nijni Novqorod vilayətindəki “Lukoil” neft emalı zavodu PUA hücumlarından sonra fəaliyyətini dayandırıb.

Tribunainfo.az xəbər verir ki, məlumatı “Kommersant” yayıb.

Bildirilib ki, martın 12-də PUA-ların hücumu nəticəsində “Lukoyl” ən böyük neftayırma zavodunun ilkin neft emalı blokunda yanğın olub.

“Lukoyl” hadisəyə şərh verməkdən imtina edib.

Məlumata görə, ötən gecə Nijni Novqoroddan başqa, Oryol, Kursk, Voronej, Tula və Belqorod vilayətləri də PUA hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyanin də vurulan pilotsuz aparatların Moskvaya doğru uçduğunu açıqlayıb.