Rusiyanın Kursk şəhərində partlayışlar baş verib.
Tribunainfo.az-ın xəbərinə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Dəmiryol vağzalının yaxınlığında güclü partlayışların baş verdiyi bildirilir.
Kursk qubernatoru Roman Starovoit bildirib ki, Kurskda pilotsuz uçuş aparatı vurulub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.