RUSİYANIN KURQAN VİLAYƏTİNDƏ YANĞINLAR TÜĞYAN EDİR – ÖLƏNLƏR VARbackend

RUSİYANIN KURQAN VİLAYƏTİNDƏ YANĞINLAR TÜĞYAN EDİR – ÖLƏNLƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kurqan vilayətində bir sıra yaşayış, bağ evləri və qəsəbələrdə güclü yanğınlar baş verib, nəticədə ilkin məlumatlara görə, vətəndaşlara və sahibkarlıq subyektlərinə xeyli maddi ziyan dəyib.

Tribunainfo.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yanğın nəticəsində 3 nəfər həlak olub, hazırda qurbanların dəqiq sayı müəyyənləşdirilir. Faktla bağlı istintaq orqanları tərəfindən cinayət işi başlanıb.

“İstintaqın məlumatlarına görə, yanğının yayılması lazımi tədbirlər görməmiş məsul vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində baş verib.
Hazırda ixtisaslaşdırılmış bölmələrin əməkdaşları yanğının lokallaşdırılması və nəzarət altına alınması üçün bütün mümkün tədbirləri görürlər”, – məlumatda deyilir.