Rusiyanın Krasnodar diyarındakı neft anbarına hücum olub

Rusiyanın Krasnodar diyarındakı neft anbarına hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnodar diyarının Yurovka kəndində neft anbarına dron hücumu olub.

Tribunainfo.az xəbər verir ki, daha əvvəl sosial şəbəkədə yayılmış məlumatı regionun Operativ Qərargahı təsdiqləyib.

OQ-a görə, Ukrayna dronları Anapa yaxınlığındakı Yurovkanın neft bazasına hücum edib.

“Təxminən 6 PUA boğucu vasitəsilə zərərsizləşdirilib, lakin bir neçəsi neft bazasının ərazisinə düşüb. Nəticədə yanğın başlayıb və bir neçə rezervuar zədələnib”, – OQ etiraf edib.

Bildirilib ki, yanğının söndürülməsində 62 insan və 20 texnika iştirak edir; Anapa meri Vasili Şvets olay yerindədir.

Xatırladaq ki, daha əvvəl “VÇK-OQPU” teleqram kanalı regiona dron həmləsi olduğunu bildirərək müvafiq videogörüntüləri paylaşmışdı.