Rusiyanın “Luna-25” kosmik gəmisinin orbitdən çıxaraq Ayın səthinə çırpıldığı açıqlanıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Rusiyanın Luna-25 kosmik gəmisinin Ayın səthinə çırpılaraq parçalandığını bildirib.
Roskosmosdan verilən yazılı açıqlamada, dünən Luna-25 ilə əlaqənin kəsildiyi bildirilib.
Açıqlamada qəzanın səbəblərini araşdıracaq xüsusi komissiyanın yaradılacağı bildirilib.
Luna-25 avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən Vostoçnı kosmodromundan Soyuz 2.1b raketi ilə buraxılıb.
Rusiyanın 1976-cı ildən bu yana Aya göndərdiyi ilk kosmik gəmi olan Luna-25-in Ay səthinə yumşaq eniş edərək elmi araşdırmalar etməsi planlaşdırılırdı.