Ukrayna Baş Qərargahı genişmiqyaslı işğalın başlanmasından bəri Rusiyanın itkiləri ilə bağlı yenilənmiş statistikanı açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Məlumatlar 24 fevral 2022-ci ildən 14 sentyabr 2025-ci ilədək olan dövrü, həm şəxsi heyət, həm də hərbi texnikanı əhatə edir.
Şəxsi heyət: Təqribən 1 094 610 nəfər (+880 nəfər 13 sentyabrla müqayisədə)
Tanklar: 11 184 ədəd (+3)
Zirehli döyüş maşınları: 23 267 ədəd
Artilleriya sistemləri: 32 749 ədəd (+42)
Reaktiv yaylım atəş sistemi: 1 487 ədəd (+1)
Hava hücumundan müdafiə sistemi: 1 217 ədəd
Təyyarələr: 422 ədəd
Helikopterlər: 341 ədəd
Əməliyyat-taktiki pilotsuz uçan aparat: 59 086 ədəd (+261)
Qanadlı raketlər: 3 718 ədəd
Gəmi və qayıqlar: 28 ədəd
Sualtı qayıq: 1 ədəd
PMM-li avtomobil avadanlığı və çənlər: 61 614 ədəd (+102)
Xüsusi texnika: 3 964 ədəd
Baş Qərargah vurğulayır ki, bu göstəricilər düşmənin silahlı qüvvələrinin məhvetmə miqyasını əks etdirir və Ukraynanın müdafiə əməliyyatlarının effektivliyinin təhlili üçün əsas rol oynayır.